12 Aprel 2019 15:52
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məqsədimiz ölkədə təhlükəsizliyi və əmin-amanlığı təmin etməkdir. İqtidarda qalmaq niyyətimiz yoxdur. Hakimiyyəti seçilən siyasi qüvvəyə təhvil verəcəyik.

Teleqraf.com xəbər verir ki, bu açıqlamanı Şimali Sudanda hakimiyyət çevrilişindən sonra yaradılan Müvəqqəti Hərbi Hökumət yayıb.

Qeyd edək ki, bu gün çevrilişdən sonra Sudana rəhbərlik edən Müvəqqəti Hərbi Hökumətin başçısı Avad bin Avf paytaxt Xortumda mətbuat konfransı keçirib.

Müvəqqəti Hərbi Hökumətin açıqlamasında dövlət çevrilişinin səbəblərini də göstərilib: “Üfüqün daraldığını hiss etdik. Bu səbəbdən rejimin duruma səssiz qalmasının ardınca dəyişiklik etmək qərarı verdik”.

Bundan sonra ABŞ-ın tətbiq etdiyi sanksiyaların aradan qaldırılması üçün çalışacaqlarını qeyd edən Müvəqqəti Hərbi Hökumət xatırladıb ki, xarici reaksiyalar pozitiv yöndədir.


Müəllif: Cavad

Oxşar xəbərlər