19 Aprel 2019 14:21
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda səsvermə hüququ olan Pavan Kumar adlı şəxs yanlış səs verdiyi üçün barmağını kəsib.

Teleqraf.com xəbər verir ki, Bülənd şəhərində yaşayan Pavan Kumar bülletendə səhvən Hindistan Xalq Partiyasına səs verdiyi üçün özünü bu cür cəzalandırıb.

O, hərəkətini belə əsaslandırıb: “Filə səs vermək istədim, amma səhvən çiçəyi dəstəklədim. Bu xətama görə barmağımı kəsdim”.

Qeyd edək ki, Hindistan Xalq Partiyasının loqosunda çiçək, hindlinin səs vermək istədiyi Bahujan Samaj Partiyasında isə fil simvolu əks olunub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər