Böyük Britaniyanın nəzarətində olan Şimali İrlandiyanın Londonderry şəhərində etiraz aksiyaları zamanı xanım jurnalist öldürülüb.
Teleqraf.com xəbər verir ki, hadisə Londonderry şəhərində 1919-cu ildə irlandiyalı katoliklərin İngiltərə ağalığına qarşı ayağa qalxmasının 100 illik yubileyi ilə bağlı keçirilən aksiyada qeydə alınıb.
Aksiyada iştirak edən 29 yaşlı jurnalist Lyra Mkee açılan atəş nəticəsində öldürülüb.
Hadisədən sonra aksiyanı keçirən partiya liderləri baş verən ölüm hadisəsini pisləyən müraciət edib.
Şimali İrlandiya polisi isə bəyan edib ki, ölüm faktını “terror” hadisəsi çərçivəsində araşdırmaq qərarı verilib.