20 Aprel 2019 08:24
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Liviya generalı Xəlifə Həftar arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, ABŞ lideri generalla telefon danışığında terrorçuluqla mübarizə üzrə davam edən səyləri və Liviyada sülh və sabitliyin nail olunması zəruriliyini müzakirə edib.

Qeyd edilir ki, söhbət bir neçə gün əvvəl olub, amma Ağ Ev yalnız dünən bu haqda bildirib.

Məlumata görə, Tramp Həftarla terrorçuluqla mübarizədə və Liviya neft resurslarının təhlükəsizliyin təmin olunmasında generalın əhəmiyyətli rolunu etiraf edib. Tərəflər Liviyanın sabit, demokratik siyasi sistemə keçidinin ümumi mənzərəsini müzakirə ediblər.


Müəllif: Mənbə/Report