Türkiyənin İzmir şəhərində NATO korpusuna silahlı hücum olub.
Teleqraf.com xəbər verir ki, taksi ilə binaya yaxınlaşan şübhəlilər atəş açmağa başlayıblar. Olaya müdaxilə edən hüquq mühafizə orqanları cinayətkarları yaxala bilib.
Hadisə zamanı xəsarət alanlar haqqında məlumat yoxdur.