ABŞ-da 2020-ci ildə prezident seçkilərində iştirak edəcək namizədlər tədricən öz iddialarını ortaya qoyur. Artıq ABŞ-ın ən populyar siyasətçilərindən olan, Barak Obama dövründə vitse-prezident postunu tutmuş Con Bayden də namizəd olacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, indiki ABŞ Prezidenti Donald Tramp namizədliyini irəli sürən Con Baydendən danışıb.
O, Con Baydenin prezidentlik üçün çox yaşlı olduğunu bildirib və özü haqqında “gənc və çalışqan bir oğlanam” ifadəsini işlədib.