2008-ci il martın 1-də İrəvan şəhərində baş vermiş qətliama görə Ermənistanın keçmiş yüksək vəzifəli şəxslərinə qarşı açılmış cinayət işi məhkəməyə göndərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş prokurorunun köməkçisi Qor Abramyan məlumat verib.
Baş prokurorluq keçmiş prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və digər şəxslərin qətliamda iştirakını təsdiqləyib.
Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalarda iştirak edənlərə odlu silahlardan atəş açılması nəticəsində 15-dən çox insan həlak olub.
Adı çəkilən şəxslər habelə, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımın təşkilatçılarıdır.