“İŞİD liderinin sağ olub-olmaması haqda məlumatlı deyiləm”.
Teleqraf.com xəbər verir ki, bunu İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadinin adından yayılan videogörüntüyə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Rus kəşfiyyatının Bağdadiyə aid olduğu iddia edilən görüntü haqda məlumatlı olub-olmaması haqda suala Peskovun cavabı “bilmirəm” olub.
İŞİD-in mətbu orqanı sayılan “Al Furqan” 5 ildən sonra ilk dəfə olaraq, təşkilat lideri Bağdadinin harada çəkildiyi məlum olmayan videogörüntüsünü yayıb.
Bundan əvvəl İŞİD liderinin Suriyada öldürüldüyünə dair məlumat əldə etdiyini açıqlayan Rusiya kəşfiyyatı hələlik açıqlama verməyib.