İranlı kino aktrisası Mehnaz Əfşar saxlanılıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb aktrisanın Tvitterdə Həşdi-Şabi silahlılarının İrana gətirilməsi və ölkədə qadınların siğə adı altında cinsi istismara məruz qalmasına etiraz etməsi olub.
Mehnaz Əfşar Mazandaran axundu Qafar Dəryabarın şikayəti əsasında saxlanılıb.
Axund aktrisanın onu şərlədiyini bildirib.