4 May 2019 12:00
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə heyəti Müdafiə Nazirliyində (Pentaqon) Venesuela böhranının həlli üçün bu ölkəyə hərbi müdaxilə planını müzakirə edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, qapalı görüşə Dövlət katibi Mayk Pompeo, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və müdafiə naziri Patrik Şanahan qatılıb.

Məlumatda məsələ ilə əlaqədar bir neçə gün əvvəl də Pentaqonda məxfi görüşün keçirildiyini bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər