6 May 2019 10:50
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Dəniz Gəzmiş, Hüseyn İnan və Yusif Aslanın edam olunmasının 47-ci ili ilə əlaqədar mesaj yayıb.

Teleqraf.com xəbər verir ki, İstanbul Bələdiyyəsinin sədri tvitter hesabında anma mesajında “Mustafa Kamal Atatürkün izi ilə tam müstəqil Türkiyə üçün mücadilə edənlərə və bu yürüşü davam edənlərə salam olsun. Edamlarının 47-ci ilində Dəniz Gəzmiş, Yusif Aslan və Hüseyn İnanı rəhmətlə anıram” ifadəsini işlədib.

Qeyd edək ki, bu gün Türkiyə Mərkəzi Seçki Komissiyası İstanbulda yeni bələdiyyə seçkiləri keçirilməsi haqda qərar verə və beləcə İmamoğlu yeni seçildiyi postu itirə bilər.


Müəllif: Cavad