Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenski Moskvada baş verən aviaqəzada həlak olanların yaxınlarına başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, onun başsağlığı Rusiya Prezidenti Vladimir Putinə deyil, qəzada həlak olanların yaxınlarına ünvanlanması ilə diqqət çəkir.
“Həyat çox qiymətlidir. Onu qorumaq lazım olduğunu bizə cəbhədəki itkilərimiz, faciələr, Şri-Lankadakı bənzər terror aktları və Şeremetyevodakı qəza xatırladır. Ölənləri geri qaytarmaq mümkün deyil. Biz daha həyatda olmayacaq insanları yad edirik və onların yaxınlarının hisslərini bölüşürük”, – deyə V.Zelenski “Feysbuk” səhifəsində yazıb.