Ali Seçki Qurumu (ASQ) oğurluq etdi.
Bu sözləri İstanbul böyükşəhər bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu FOX TV-də çıxışı zamanı deyib.
“Bu, böyük haqsızlıq, ədalətsizlikdir. Biz buna layiq deyildik. Mən buna təəssüflənirəm”, - deyə İmamoğlu bildirib.
Qeyd edək ki, dünən ASQ İstanbuldakı seçki nəticələrinin ləğvi ilə bağlı qərar verib. Təkrar seçki 23 iyunda keçiriləcək.