10 May 2019 10:33
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2017-ci ildən bu yana Liviya, Suriya, İraq, Yəmən və Somalidə keçirdiyi əməliyyatlar zamanı partlamayan bombadan istifadə edib.

Teleqraf.com ABŞ mediasına istinadən xəbər verir ki, sirr kimi gizli saxlanılan silahın “Hellfire” raketinin dəyişdirilmiş forması olduğu bildirilir.

R9X adlandırılan raketin partlamadığı, əvəzində avtomobil və evlərin damına düşərək potensial qurbanları hədəfə aldığı iddia olunur. Raket 6 ədəd uzun bıçaqla təchiz edilib, raket hədəfə düşdüyü an bu bıçaqlar fırlanaraq ətrafı parçalayır.

Bu silahı mütəxəssislər “minja bomba” adlandırır.

ABŞ bu raket üzərində 2011-ci ildə işləməyə başlayıb. R9X raketinin sabiq prezident Barak Obama dövründə hava zərbələri zamanı mülki itkilərin qarşısını almaq məqsədilə ərsəyə gətirilib.

Buna bənzər daha bir modelin isə Usama Bin Ladeni yox etmək üçün B planı olaraq düşünüldüyü qeyd edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər