11 May 2019 11:41
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminin İdlib və Hama ətrafına təşkil etdiyi hücumda 6 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, Əsədə rejimi və Rusiyaya aid təyyarələr İdlib və Hama arasında olan Xan Şeyhun və Kafr Nabl bölgələrinə hücum edib.

Yerli qaynaqların məlumatına görə, hücum nəticəsində aralarında qadın və körpələrində olduğu 6 nəfər öldürülüb. Bölgədə ağır bombardmanlar davam etdiyi üçün mülki insanlar daha təhlükəsiz ərazilərə köçməyə başlayıb.

Suriya İnsan Haqlarının Müşahidəsi Təşkilatı isə bəyan edir ki, indiyə qədər bölgəyə hücumlar nəticəsində 1068 nəfər öldürülüb.

Hücumlardan və ölümlərdən qaçan dinc sakinlər Türkiyəni xilaskar kimi görürlər.


Müəllif: Cavad