“Türkiyə kimi yerlərdə səfirlərə ehtiyacımız var”.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Hərf deyib. O, ABŞ Prezidenti Barak Obamanı təyinat gözləyən səfirləri bir an əvvəl ratifikasiya etməyə çağırıb.
Bu arada dünən Uelsdə Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub. Tərəflər iki ölkə arasında bir sıra məsələləri müzakirə ediblər və növbəti görüşün Nyu-Yorkda keçirilməsinə razılıq veriblər.
Tərəflər Nyu-York görüşündə Yaxın Şərqdəki məsələləri müzakirə edəcəklər.
Samir