Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının İstanbul bələdiyyə başqanlığına namizədi Əkrəm İmamoğluna dəstək olaraq səsləndirilən "Hər şey gözəl olacaq" şüarına sərt təpki göstərib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan "Stadionlarda bəy əfəndinin şüarlarını səsləndirirlər. Bu stadionları biz tikdik. Onlar yanlış yoldadır. Amma biz düzəldəcəyik. Hamısı qeydə alınır", deyə bildirib.