17 May 2019 13:21
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xalq Cəbhəsi” fraksiyası Ukrayna Ali Radasındakı koalisiyadan çıxdığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bunu Ali Radanın bu gün keçirilən iclasında fraksiyanın rəhbəri Maksim Burbak bildirib.

“Biz mövcud koalisiyadan çıxdığımızı, 17 may 2019-cu ildən etibarən onun işində iştirakımızı dayandırdığımızı bəyan edir və günün çağırışına uyğun olaraq yeni koalisiya formalaşdırılması təşəbbüsü ilə çıxış etdiyimizi bildiririk”, – deyə Ali Radanın iclası zamanı fraksiyanın rəhbəri deyib.

Beləliklə, “Xalq Cəbhəsi” fraksiyası Vladimir Zelenskinin parlamenti buraxmaq imkanını bloklayıb. Yeni parlament çoxluğu formalaşdırmaq üçün deputatların 30 gün vaxtı var. Bu müddət başa çatdıqda isə artıq V.Zelenskinin parlamenti buraxmaq səlahiyyəti olmayacaq.

Ukraynada növbəti parlament seçkisi bu ilin oktyabrında keçirilməlidir. Prezident Ali Radanı növbəti seçkiyə ən azı 6 ay qalanadək buraxa bilər. Bu tarix mayın 27-də başa çatır.

Bir neçə gün öncə Ali Radanın spikeri Andrey Parubi də parlamenti buraxmaq üçün heç bir əsas olmadığını bildirmişdi.

Qeyd edək ki, hazırda Ali Radada “Petro Poroşenko Bloku” ilə “Xalq Cəbhəsi” fraksiyasının yaratdığı koalisiya mövcud idi.


Müəllif: Səxavət

Oxşar xəbərlər