7 Sentyabr 2014 12:47
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların artması fars hökumətini narahat etməyə başlayıb.

Axar.az xəbər verir ki, İran hökuməti sanksiyaların tətbiqi ilə bağlı ABŞ-ı hədələyib.

İranlı iki millət vəkili ABŞ-ın İrana qarşı sanksiyaları artıracağı halda hökumətə uranı zənginləşdirmə nisbətini 60 faizə qədər qaldırmaq səlahiyyəti verəcəklərini bildiriblər.

İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd Həsən Əsfəri də uranın zəngiləşdirilməsi ilə bağlı hökumətə səlahiyyət hüququ verəcəklərini qeyd edib.

ABŞ-ın yeni sanksiya qərarları verməklə etibarlı olmadığını sübut etdiyini vurğulayan Əsfəri Vaşinqton rəhbərliyinin bu rəftarının Tehranın Qərb ölkələri ilə apardığı nüvə müzakirələrinə mənfi təsir edəcəyini söyləyib.


Müəllif:

Oxşar xəbərlər