19 May 19:53
276

Yeni Dehlidən İstanbul istiqamətində uçan Türkish Airline Hava Yollarına məxsus təyyarə Tehranın Mehrabad hava limanında təcili eniş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının hava qəzalarının araşdırılması üzrə idarəsinin baş direktoru Hüseyn Rzayifər deyib.

H.Rzayifərin sözlərinə görə, təyyarə bir sərnişinin vəziyyəti pisləşdiyinə görə təcili eniş edib.

Təyyarə eniş etdikdən sonra, təcili yardım sərnişini müayinə etmək istəsə də, yaşlı sərnişin dünyasını dəyişib.


Müəllif: Teleqraf.com