Türkiyənin Şanlıurfa bölgəsinin Qarakörpü kəndində lahmacun növbəsi üstündə dava düşüb.
Teleqraf.com xəbər verir ki, daş və zopalardan istifadə olunan davada 5 nəfər yaralanıb. Hadisə ilə bağlı 3 nəfər isə həbs olunub.
Xəbərə görə, dava iki qrup arasında lahmacun almaq növbəsi üstündə baş verib. Hadisə nəticəsində Ali Ö., Bahəddinn Ö. və Məhəmməd Aziz Ö. Akif İnan Təhsil və Araşdırma Xəstəxanasına, İbrahim Y. və Nasır K. isə Balıklıgöl xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.