26 May 2019 22:23
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Mərkəzi Bankının rəhbəri Adam Qlapinski ölkəsinin milli valyutadan imtinasına qarşıdır.

Teleqraf.com xəbər verir ki, Polşa Mərkəzi Bankının rəhbəri bu barədə fikrinin qəti olduğunu bildirib. O deyib ki, milli valyuta zlotıdan imtina ölkə iqtisadiyyatının dinamik inkişafına zərbə vurar. "Bu vəzifədə olduğum müddətdə ölkəmin avroya keçidinə imkan verməyəcəyəm", - deyə A.Qlapinski bildirib.

Xatırladaq ki, Polşa 2004-cü ildən Avropa İttifaqının üzvü olsa da, ölkədə avro deyil, milli valyuta zlotı dövriyyədədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər