Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, Qazaxıstan paytaxtı Nur-Sultanda baş tutan görüşdə iki ölkə arasında münasibətlər müzakirə edilib.
Nazarbayev Qazaxıstandakı erməni diasporunun iki ölkə arasında körpü rolunu oynadığını bildirib:
“Qazaxıstan və Ermənistan arasında heç vaxt yaxşı münasibətlər xaricində bir problem olmayıb. Erməni diasporu bir körpüdür, burada yaşayan ermənilər bizim vətəndaşlarımızdır, bizi birləşdirirlər”.
Qeyd edək ki, Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin yaranmasının ildönümü mərasimində iştirak etmək münasibətilə Qazaxıstana gedib.