30 May 2019 11:47
1 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran ABŞ-da dünyanın təhlükəsizliyinə ən böyük təhdid kimi təqdim edilir. Buna görə də düşünürəm ki, ABŞ dünyanın təhlükəsizliyinə təhdid saydığı İrana hücum edəcək, bu dəqiqdir”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı politoloq Noam Komski deyib.

Komski “İndependent” qəzeti üçün qələmə aldığı məqalədə ABŞ-ın İrana hərbi müdaxilə etməyə hazırlaşdığını iddia edib:

“ABŞ-ın İrana hücum edəcəyi dəqiqdir. Tramp admnistrasiyası Con Boltonun liderliyində İrana hücum etmək üçün “dəlillər” axtarır. Əlbəttə, hücum etmək üçün belə bir bəhanə tapmaq asandır”.

Mütəxəssis məqalədə qeyd edir ki, ABŞ liderləri İrana müdaxilə etmək üçün bütün variantların masada olduğunu bildirir:

“Tramp da hər şeyin nəzarət altında olduğunu deyir. Prosesə Bolton və müttəfiqlərinin nəzarət etdiyini düşünsək, ABŞ İran iqtisadiyyatını dağıtmaq, əhalisini cəzalandırmaq prosesini davam etdirəcək. Avropa Amerikanın bu cəhdlərinə cavab verməyəcək qədər qorxur, çünki öz ağasına etiraz edəcək qədər gücü yoxdur.

Amma Trampın performansının arxasında böyük bir geosiyasi maraq axtarmaq xətadır, bu, öz iqtidarını qorumaq səyləridir”.

Mənsur Rəğbətoğlu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər