5 İyun 2019 00:25
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Breksit baş tutmalıdır, o, Böyük Britaniyaya fayda verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Hesab edirəm ki, o, baş tutacaq, baş tutmalıdır da... Məncə, o, ölkəyə fayda verəcək", - D.Tramp deyib.

Daha əvvəl ABŞ prezidenti rəsmi Londonu Aİ-dən çıxışla əlaqədar İttifaq qarşısındakı öhdəliklərin yerinə yetirməməsi səbəbilə Brüsselə ödənilməli olan 39 milyard funt sterlinq (təxminən, 50 milyard dollar) məbləğində təzminatı ödəməməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər