6 İyun 2019 21:28
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Axalkalaki rayonunda patrul polisi və yerli erməni sakinlər arasında qarşıdurma baş verib.

Teleqraf.com xəbər verir ki, insidentə səbəb patrul polisinin yol hərəkəti qaydalarını pozan sürücünü saxlaması olub.

Sürücü ilə bağlı inzibati cərimə yazılarkən, bir neçə yerli sakin patrul polisi əməkdaşlarına müqavimət göstərib.

Gürcüstan Daxili İşlər Nazirliyiinsidentlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Axalkalakidə baş vermiş qarşıdurma zamanı kənd sakinləri patrul polis əməkdaşlarını təhqir ediblər, sonra isə fiziki müqavimət göstəriblər. Nəticədə iki nəfər polisə qarşı müqavimət və xırda xuliqanlığa görə saxlanılıb. Saxlanılan şəxslər polis bölməsinə aparılıb. Həmin şəxslərdən biri Меxak Хаçаtryan təzyiqində yaranmış problemlə bağlı xəstəxanaya çatdırılıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər