İstanbul bələdiyyə sədrliyi uğrunda mübarizə aparan “Cümhuriyyət İttifaqının” namizədi Əkrəm İmamoğlu “Millət İttifaqının” namizədi Binəli Yıldırımla iyunun 16-da təşkil ediləcək teledebatla bağlı şərh verib.
Teleqraf.com xəbər verir ki, İmamoğlu özünün Tvitter mikrobloqunda İstanbul barədə danışmaqdan zövq alacağını yazıb.
"İsmayıl Küçükkayanın moderatorluğu ilə İstanbulla bağlı müzakirədən böyük zövq alacağam. Uğurlar diləyirəm", - deyə İmamoğlu qeyd edib.
Qeyd edək ki, debat konkret bir kanalda yayınlanmayacaq, ortaq yayım olacaq, istəyən televiziya kanalı proqramı yayımlaya biləcək.
Debatın moderatoru FOX TV-nin aparıcı İsmayıl Küçükkaya olacaq.
İyunun 23-də İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə təkrar seçki keçiriləcək.