Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül Vaşinqtona səfəri çərçivəsində amerikalı həmkarı Uilyam Barrla görüşüb.
Teleqraf.com xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin binasında baş tutan görüş saatyarım çəkib.
Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin Ankaraya ekstradisiya edilməsi də müzakirə olunub.