Ermənistan Kommunist Partiyası Rusiya Prezidenti Vladimir Putinə açıq məktubla müraciət edərək, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün danışıqlar prosesinə birbaşa müdaxilə etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, məktubda beynəlxalq vasitəçilərin münaqişə tərəfləri – Azərbaycan və Ermənistan arasında konsensus əldə edə bilmədiyi qeyd edilib.
Partiya hesab edir ki, Putin Dağlıq Qarabağ münaqişəsi üçün şəxsi səylərini artırsa, məsələni həll etmək mümkün olacaq:
“Yalnız sizin şəxsi müdaxiləniz nəticəsində Qarabağ münaqişəsi zonasında baş vermiş hadisələrin qarşısını almaq mümkün ola bilər. Bu, ən ciddi nəticələrə səbəb ola bilər”.
Ermənistan Kommunist Partiyası Putindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Rusiya sülhməramlılarının yerləşdirilməsini xahiş edib.