Avropa İttifaqı Ukraynanın Krım bölgəsinin ilhaqına görə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini daha bir il uzadıb.
Bu barədə qərar Avropa İttifaqı Şurasının saytında yerləşdirilib.
Sanksiyalar 2020-ci il iyunun 23-dək qüvvədə olacaq.
Qeyd edək ki, Rusiya 2014-cü ilin mart ayında Krım yarımadasını ilhaq edib. Avropa İttifaqı və ABŞ bu addımına görə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib./report/