21 İyun 2019 09:10
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abdulla Öcalanla HDP rəhbəri Səlahəddin Dəmirtaş arasında ciddi hakimiyyət mübarizəsi gedir. HDP-nin PKK qanadında yaşanan bu savaş Dəmirtaş - Öcalan arasında iqtidar savaşına çevrilməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın həbsdə olan lideri Abdulla Öcəlan tərəfdarlarına iyunun 23-də İstanbul bələdiyyəsi üzrə keçiriləcək seçkilərlə bağlı çağırışını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu müddətdə Öcalan öz hakimliyini onların heç birinə vermək istəmir: "Bununla bağlı çox sərt açıqlamaları var. Dəmirtaşa hesab sormağa imkan tapana qədər. Onların xəyanət etdiyinə inanır. Məni dəstəkləyirsinizsə, ora-bura deyil, öz gücünüzü ortaya qoymalısınız kimi fikirdədir".

Türkiyə prezidenti kürdlərin istismarına qarşı olduğunu bildirib: "Diyarbəkir bələdiyyəsinin qarşısnda həftələrlə ağlayan analar hər zaman mənim yanıma gəlib. PKK-nın dəstəklədiyi bu siyasi partiyalara səslərinizi verərək heyf etməyin. Onlar sadəcə çuxur açıb xəndək qazdılar, özülləri dağıtdılar".

Qeyd edək ki, Öcalan çağırışında tərəfdarlarını seçkilərdə tərəfsiz olmağa səsləyib.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər