Türkiyənin Azərbaycan əsilli müğənnisi Tuğba Ekinci dünən İstanbulda keçirilən bələdiyyə seçkiləri ilə bağlı ilginc açıqlama verib.
Teleqraf.com xəbər verir ki, sənətçi bu barədə İnstaqram hesabında yazıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunu paylaşan Tuğba qeyd edib:
“İstanbulu itirsək də, böyük ürəkli prezidentim Rəcəb Tayyib Ərdoğan, üzülmə, sən dastan yazdın. Atadan, anadan zəngin deyildin, sıfırdan lider olmuş böyük bir insansan. Xalqın sevgisini qazanmısan, bu illər ərzində heç kim sənin partiyan qədər bu ölkənin problemlərini həll edə bilməzdi.
Rəis olmaq belə bir şeydir. Yaşamadan görə bilməyəcəklər, anlamayacaqlar, bundan arxayın ol. Allah xeyirə calasın, bu gedişatı heç bəyənmirəm, bu məni narahat edir”.
Əlavə edək ki, İstanbulda keçirilən bələdiyyə seçkisində CHP-nin namizədi Əkrəm İmamoğlu qalib gəlib. O, yarışda AKP-dan olan rəqibi Binəli Yıldırımı məğlub edib.