26 İyun 2019 12:51
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Gürcüstandan şərab idxalını dayandırmağa hazırlaşır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Kommersant” qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, Rusiyanın aidiyyəti qurumları pərakəndə və topdansatış mərkəzlərində gürcü şərablarının payı haqda sənədləşmə işinə başlayıb.

Məlumata görə, sənədləşmə və məlumat toplama işi Rusiya Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb.

Nazirlik “Kommersant”ın bu barədə sorğusunu təsdiq edib.

Nazirliyə görə, gürcü şərablarının bazarlardan yığışdırılması və idxalına qadağa qoyulması, Gürcüstandan gətirilən spirtli içkilərin standartlara cavab verməməsindən qaynaqlanır.

Əlavə edək ki, ötən həftə Gürcüstanın paytaxtı Tiflisdə Rusiya əleyhinə etiraz aksiyaları başlayıb. Etirazçılar Gürcüstan hakimiyyətindən rəsmi Moskva ilə əlaqələri dayandırmağı tələb edirlər.

Bundan sonra Rusiya Prezidenti Vladimir Putin iyulun 8-dən Rusiya-Gürcüstan təyyarə reyslərinin dayandırılması haqda qərar imzalayıb. Prezident hava limanı və turizm şirkətlərinə Rusiyadan Gürcüstana turist daşımaması göstərişini verib.


Müəllif: Mənsur Rəğbətoğlu