ABŞ Prezidenti Donald Tramp Yaponiyada (Osaka) keçirilən “G-20” zirvəsi çərçivəsində aralarında diktatorların da olduğu bir sıra ölkələrin başçıları ilə görüşdüyünü deyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tramp bu barədə ABŞ-ın Cənubi Koreyadakı Osan hərbi bazasındakı çıxışında bildirib.
“Yaponiyada bir neçə gün qaldım, orada bütün liderlərlə tanış oldum. Prezidentlər, baş nazirlər və diktatorlarla danışdım”, - deyə Tramp qeyd edib.
Amerika başçısı “diktatorlar” açıqlamasında izah verməkdən imtina edib.
Qeyd edək ki, Donald Tramp zirvə çərçivəsində Türkiyə, Rusiya və digər ölkələrin başçıları ilə görüşüb. Sammitdən sonra Cənubi Koreyaya gələn ABŞ prezidenti bu ölkənin sərhədində Şimali Koreya lideri Kim Çen İnlə bir araya gəlib.