İnterpol tərəfindən axtarışda olan iki İŞİD üzvü Türkiyənin Suriya ilə sərhədində 9 uşaqla birgə saxlanılıb.
Teleqraf.com xəbər verir ki, rus qadınlar Şanlı Urfa şəhərinin Akçaqala mahalında yaxalanıb.
Onlar jandarmaya Suriyada həyat yoldaşları öldüyü üçün sərhədi keçdiklərini söyləyiblər. Qeyri-qanuni yolla Türkiyə ərazisinə keçməyə cəhd göstərən rus qadınların İnterpol tərəfindən axtarışda olduğu üzə çıxıb.