İranın Kiş adasına səfər edən ingilis müğənni Joss Ston hava limanında bir gün saxlanıldıqdan sonra ölkədən deportasiya edilib.
Teleqraf.com xəbər verir ki, müğənni bu barədə özünün İnstaqram hesabında məlumat yayıb.
O bildirib ki, dünya turu proqramı çəçrivəsində Kiş adasına gəlmək istəyərkən hava limanının İran polisi tərəfindən saxlanılıb:
“Mənim İranda konsert vermək niyyətim olmayıb. Əvvəlcədən bilirdim ki, İranda qadınların konsert verməsi qadağandır və qeyri-qanuni sayılır. Mənim səfər etdiyim ölkələrin siyasətini dəyişmək fikrim də yoxdur. Bunu Kiş adasının hava limanındakı təhlükəsizlik orqanlarının əməkdaşlarına da dedim və onları başa salmağa çalışdım.
Lakin onlar mənim İranda konsert verməyəcəyimlə bağlı dediklərimə inanmadılar və məni bir gecə həbsdə saxladıqdan sonra ölkədən deportasiya etdilər. Mən İranda həbs olunmaq və ya başqalarının həyatını təhlükəyə salmaq istəmirəm”.