Türkiyənin Hakkeri vilayətinin Yüksekova rayonu ərazisində PKK terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.
Teleqraf.com xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində PKK-ya məxsus böyük cəbbəxana aşkar olunub. Bildirilir ki, Cümhuriyyət məhəlləsində yaşıllıq ərazidə gizlədilən cəbbəxanadan çoxlu sayda silah və sursat, o cümlədən tank əleyhinə mərmilər və qumbaralar götürülüb.
Sırnak bölgəsindəki Gabar dağı ətəklərində isə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə keçirilmiş əməliyyatda 2 terrorçu məhv edilib.