9 İyul 2019 11:56
2 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri ilə Bosniya-Hersqovina polisi arasında mübahisə yaranıb.

Teleqraf.com xəbər verir ki, olay Sarayevo hava limanında baş verib.

Məlumata görə, polislə mübahisə edən prezidentin mühafizəçiləri təyyarədən silahları götürərək olay yerinə qayıdıblar. Hadisənin Bosniya-Hersoqovina rəsmilərinin gözü qarşısında baş verdiyi bildirilib.

Polis rəisi Zoran Qaliç mətbuata açıqlamasında olay haqda belə deyib:

“Çox aqressiv idilər, elə bil öz ölkələrində idilər, elə davranırdılar. Bizim qanunlarımıza hörmət etmədilər, əslində həbs edilməyə layiq idilər”.

Sarayevo polisinin mətbuat katibi Yasminka Muyiç isə mübahisənin Ərdoğanın mühafizəçilərinin silahları təslim etməməsi səbəbindən baş verdiyini açıqlayıb.

İki günlük Bosniya-Hersoqovinaya gedən Ərdoğan bölgəyə sonuncu dəfə bir il əvvəl getmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər