Pakistanın Lahor şəhərində Hanafiyyah adlı məscidin damı çöküb.
Teleqraf.com-un t24.com-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir. Görülən xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 24 nəfərin cəsədi çıxarılıb. Ölənlərin yaşlarının 15 ilə 35 arasında dəyişdiyidi söylənilir.
Məscidin damının günorta namazı əsnasında çökməsi ölənlərin sayının artması ilə nəticələnib.
Hadisə vaxtı məsciddə 40 nəfərin olduğu deyilir.
Samir