9 İyul 2019 17:29
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının ilk qadın səfiri şahzadə Rima bint Bəndəri Ağ Evdə qəbul edib.

Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanının 40 illik xarici işlər nazirinin bacısı qızı Rima bint Bəndər Əs-Səud etimadnaməsini Trampa təqdim edib.

O, Tvitter mikrobloqunda iki ölkənin regional və qlobal səviyyədə bütün çətinlikləri aradan qaldırdığını və Səudiyyə Ərəbistanı Krallığı ilə Amerika Birləşmiş Ştatlarının arasında ortaq inamın iki ölkənin maraqları üçün vacib olduğunu qeyd edib.

“Mən ölkəmin və vətəndaşlarının mənafelərinə xidmət etmək və strateji münasibətlərimizi gücləndirmək üçün Allahın köməyi ilə hər cür səy göstərmək üçün çalışacağam”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Rima bint Bəndər bin Sultanın atası şahzadə Bəndər bin Əbdüləziz 1982-2005-ci illər arasında ABŞ-ın Vaşinqtondakı səfiri işləyib. 2005-ci ildə isə Bəndər bin Sultan ər-Riyada geri çağırılıb və ölkənin əsas qurumu olan Təhlükəsizlik Şurasının sədri təyin olunub. 10 il bu vəzifədə çalışan Bəndər bin Sultan eyni zamanda 2012-14-cü ildə Səudiyyə Ərəbistanı Milli Kəşfiyyat Təşkilatına rəhbərlik edib. İndi isə 14 ildən sonra Bəndər bin Sultanı qızı Rima əvəz edir.

Bəndərin dayısı Səud əl-Faysal isə 1975-2015-ci illər ərzində 40 il boyunca Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri postunu tutub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər