Kiyevdə yerləşən “112. Ukrayna” telekanalının binasının atəşə tutulması anı müşahidə kamerasının obyektivindən yayınmayıb.
Teleqraf.com xəbər verir ki, video-yazıda mərminin binanın divarına necə çırpıldığı görünür.
Qeyd edək ki, hücum bu gecə baş verib. Hücum zamanı telekanaldan heç kim zərər görməyib. Polis binanın fasad hissəsinə ziyan dəydiyni aşkarlayıb.
“112 Ukrayna” nın baş direktoru Yeqor Benkendorf Prezident Vladimir Zelenskinin ofisini, hökuməti, daxili işlər naziri Arsen Avakovu, Baş prokuroru və Ukrayna Təhlükəsizlik Xidməti rəhbərini hücumu pisləməyə çağırıb.