Türkiyənin Şırnak vilayətində PKK terrorçuların yol kənarına quraşdırdıqları partlayıcının işə düşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, Beytüşşəbab rayonunun Kato Dağı ərazisində yol yol-inşaat şirkətində çalışan işçiləri daşıyan maşın yolun partlayıcı basdırılmış hissəsindən keçərkən qurğu işə düşüb.
Yaralılar helikopterlə Şırnak Dövlət Xəstəxanasına çatdırılıblar.
Terrorçuların tutulması üçün istintaq əməliyyat işləri aparılır.
İmamət İsmayılova