18 İyul 2019 12:49
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə 5-ci nəsil qırıcı təyyarə ehtiyacını ödəmək üçün daxil olduğu F-35 proqramından çıxarıldıqdan sonra Ankaranın diqqəti Rusiya istehsalı olan son model SU-57 qırıcısına yönəlib.

Teleqraf.com xəbər verir ki, satış qiyməti F-35-lə müqayisədə daha ucuz olan SU-57 model qırıcıların Türkiyə tərəfindən alınmasının mümkün olub-olmadığı hazırda ekspertlər səviyyəsində müzakirə edilir.

Rusiya özü isə SU-57-lərin Türkiyəyə satılmasında problem görmür.

F-35-lər kimi SU-57-lər də xəyal təyyarəsi hesab olunur, xüsusi özəlliklərə məxsusdur, bir pilot tərəfindən idarə edilir və iki motorludur. SU-57-lər eyni zamanda quru və dəniz müdafiəsi prosesində istifadə edilə bilər.

SU-57 5-ci nəsil savaş təyyarələrini Rusiya 50-70 milyon dollar arasında satır. Bir müddət əvvəl Hindistan bu təyyarələrlə bağlı Rusiya ilə 800 milyon dollarlıq razılaşma əldə etmişdi, amma ABŞ-ın təzyiqlərindən sonra Dehli fikrindən imtina edib.

Göstəricilərinə görə, SU-57-lər saatda 2600 kilometr sürətə sahib olarkən F-35-lər cəmi 1937 km-ə sahibdir. SU-57-lər havada 5,8 saat, F-35-lər isə 2,5 saat qala bilir. F-35-lər durduğu yerdən havaya qalxıb-enmək imkanına məxsus olduğu halda SU-57-lərin belə imkanı yoxdur. Bununla belə hər iki model qırıcıların istehsalçıları iddia edirlər ki, bu təyyarələr radarlar tərəfindən yaxalanmır.

Mütəxəssislərdə hesab edirlər ki, əgər Türkiyəyə F-35-lər satılmasa, Ankara üzünü yenidən Rusiyaya çevirə və SU-57 qrıcıları almaq üçün danışıqlara gedə bilər. Qeyd edilir ki, F-35-lərlə müqayisədə SU-57-lərin qiyməti 30 faiz ucuzdur.


Müəllif: Cavad