“Əgər dünyada ədalət olsaydı, İrana tətbiq edilən sanksiyalar ABŞ-a tətbiq olunmuşdu, çünki ABŞ nüvə müqaviləsini ayaqlar altına atdı”.
Teleqraf.com xəbər verir ki, bunu İran yəhudilərinin dini lideri, xaxam Yunes Həmami Laləzar deyib.
Xaxam İranla gərginlikdə ABŞ-ın sülh tərəfdarı olmadığını iddia edib:
“Amerika sülh və dinclik tərəfdarı yana deyil. ABŞ nüvə anlaşmasından çıxaraq beynəlxalq hüquq normalarını pozdu. Təzyiq altında görüş mümkün deyil, Amerikanın seçdiyi yolun sonu yoxdur”.