23 İyul 2019 18:31
1 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyada Türkiyəyə “S-400” satışı “diplomatik zəfər” kimi qəbul edilsə də, digər yandan bu sistemlərin texnoloji sirlərinin NATO ölkəsinin əlinə keçəcəyi narahatlığı yaşanır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Anatoli Tsıqanok deyib.

Ekspertin fikrincə, Türkiyəyə “S-400” satışı gəlir əldə etmək və bu sistemə NATO ölkələrindən rəğbət olduğunu göstərərək, rus silahlarının reklam edilməsi baxımından bir fürsətdir:

“Lakin məsələnin pis tərəfi də var, bu hava hücumundan müdafiə sistemlərinin texnoloji sirlərinin NATO-ya sızdırılması ehtimalı da yüksəkdir. Yəni, ABŞ bizim bu sistemlərimizin necə işlədiyinin sirrini öyrənə bilər. Bu isə Rusiyanın müdafiə gücünə zərər verəcək”.

NATO-nun Türkiyə ilə birgə təlimlərində “S-400”-lərə qarşı hücum texnikasını inkişaf etdirəcəyi ehtimalından danışan Tsıqanok qeyd edib ki, “S-400”-lər Suriya sərhədində yerləşdirilsə, bunlar Rusiyanın bölgədəki hərbi hava qüvvələri üçün ciddi problem yaradacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər