Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi hissəsinin əsgəri həlak olub.
Teleqraf.com xəbər verir ki, 2000-ci il təvəllüdlü əsgər Volodya Qaloyan hərbi xidmət yerində öldürülüb.
Hərbçinin hansı səbəbdən və kim tərəfdən qətlə yetirildiyi məlum olmasa da, olayla bağlı cinayət işi açılıb.