Əfqanıstanın paytaxtı Kabil şəhərində NATO-ya məxsus avtomobil kustar üsulla hazırlanmış partlayıcı vasitə ilə partladılıb. Alyansın hərbçiləri arasında itki yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Pajvak” agentliyi NATO-nun “Qətiyyətli dəstək” missiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Kabil polisinin yaydığı məlumata görə, insident bu gün səhər Tarahil rayonu ərazisində baş verib.
Hadisə barədə ətraflı məlumat verilməyib.