24 İyul 2019 17:23
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə İranın müsadirə etdiyi neft tankeri ilə bağlı Tehrana vasitəçi göndərib.

Teleqraf.com xəbər verir ki, bu haqda İranın Ali Dini lideri Seyid Əli Xameneyinin ofisinin rəhbəri Məhəmməd Məhəmmədi Kolpayegani deyib.

İngilis tankerini götürmüş İran İnqilab Keşikçiləri Korpusunu tərifləyən İran nümayəndəsi xatırladıb ki, bir zamanlar İranda nazir və deputat təyin edən bir ölkə indi bizə vasitəçi göndərən bir hala gəlib.

Xameneyinin nümayəndəsi İngiltərənin İrana göndərdiyi vasitəçi haqqında əlavə məlumat verməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər