29 İyul 2019 19:31
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Zelenskinin administrasiyası Ukrayna Təhlükəsizlik Xidmətində islahatlar aparılması ilə bağlı layihə hazırlayır.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Danilyuk deyib.

Onun sözlərinə görə, dəyişikliklərin real olması üçün qanunvericiliyə dəyişiklik etmək lazımdır.

“Gündəmimizdə təhlükəsizlik sferasında islahatlar dayanır. Ukrayna Təhlükəsizlik Xidmətində islahatlar olmasa, qalan islahatlar heç bir məna kəsb etməz. İlk növbədə Ukrayna Təhlükəsizlik Xidməti daha güclü olmalıdır, ancaq bir əsas sferada – bu, əks-kəşfiyyat sferasıdır.

İkincisi, Təhlükəsizlik Xidmətinə aid olan digər funksiyalar aradan qaldırılmalıdır. Bura xüsusən iqtisadi sahələr və korrupsiyaya qarşı mübarizə kimi funksiyalar daxildir”, – deyə “Kanal 24”ün saytı A.Danilyukdan sitat gətirir.

A.Danilyuk qeyd edib ki, Təhlükəsizlik Xidmətində islahatlar ideyası Ukraynanın beynəlxalq tərəfdaşları tərəfindən də dəstəklənir.

Qeyd edək ki, V.Zelenski Ukrayna Prezidenti vəzifəsinin icrasına başladıqdan dərhal sonra Təhlükəsizlik Xidmətində kadr dəyişikliyi başlayıb. Xidmətin rəhbəri Vasili Qritsak, onun müavinləri Viktor Kononenko, Oleq Frolov, Vladislav Kosinski, baş istintaq idarəsinin rəisi Qriqori Ostafiyçuk, həmçinin, xidmətin regional şöbələrinin rəhbərləri istefaya getdiklərini bəyan ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər