İsveçin Malmö şəhərində açıq-saçıq geyinən bir qadın sərnişini sürücü avtobusdan düşürüb.
Teleqraf.com xəbər verir ki, gənc qadın sürücünün “Çox az geyinmisən…” ittihamı ilə qaşılaşıb.
Amanda Hansson adlı qadın isə yerli mətbuata açıqlamasında adi köynək və şort geyindiyini bildirib.
Sürücü qadına onun geyiminin İsveçin cənub bölgəsinin ictimai nəqliyyat qaydalarına uyğun gəlmədiyini bildirib.
Qadının başına gələn olay sosial şəbəkədə etiraz yaradıb, bundan sonra “Skanetrafiken” nəqliyyat şirkəti Hanssondan üzr istəyib.